“2 il gecə-gündüz çalışdım” - 700 bal toplayan abituriyent

26-07-2016, 00:56           

Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də II və III ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün keçirilən qəbul imtahanının nəticələri elan edib.
Qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri Kürdəmir şəhər 2 saylı tam orta məktəb-liseyin şagirdi Qasımov Təbriz Nazim oğludur.

Rekorda imza atan T.Qasımov açıqlamasında qəbul imtahanlarında 700 bal toplayacağını gözləmədiyini deyib.

“Bu nəticəni əldə etmək üçün 2 il gecə-gündüz çalışdım. İmtahana hazırlaşdığım üçün televizor və sosial şəbəkələrdən uzaq qalmışdım. Müəllimlərim mənə inanırdılar. Onlara təşəkkürümü bildirirəm. Bu nəticəni müəllimlərimin və valideynlərimin dəstəyi nəticəsində əldə etmişəm. Hələlik hansı ali təhsil olacağına sənəd verəcəyimi dəqiqləşdirməmişəm. Yaxın günlərdə bu barədə qərarımı verəcəyəm”.(AzVision.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru