Paytaxtın 4 rayonunun baxçalarında icra edilən “3 dəfə isti yemək” layihəsinin iflası-Video

21-12-2023, 10:44           
Paytaxtın 4 rayonunun baxçalarında icra edilən “3 dəfə isti yemək” layihəsinin iflası-Video
Jurnalist Məhəmmədəli Qəribli etdiyi videoçıxışda Təhsil Nazirliyinin paytaxtın 4 rayonunda həyata keçirdiyi pilot layihənin necə özünü doğrultmadığından ətraflı danışıb.
Həmin çıxışda bildirilir ki, paytaxtın: Nəsimi, Səbail, Nərimanov, Nizami rayonlarındakı uşaq baxçalarını əhatə edən layihənin başlıca məqsədi uşaqları gün ərzində 3 dəfə isti yeməklə təmin etmək olub. Ancaq yalnız sözdə əməl olunan layihənin uğursuzluğu sözügedən rayonlardakı baxçaları yenidən öz daxillərində yemək bişirməyə vadar edib. Yəni “köhnə hamam, köhnə tas” olmağına baxmayaraq, layihə icraçıları hər uşaqdan isti yemək təminatı adı ilə gün ərzində əlavə iki manat qazanmış olurlar. Ən dəhşətisi isə budur ki, bu uğursuz layihəni növbəti ildən paytaxtın daha 4 rayonuna tətbiq etmək istəyirlər. Jurnalistin bu məzmunda etdiyi videoçıxışın tam versiyasını təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru