Bankda əmanətləri olan vətəndaşlara şad xəbər (VİDEO)

21-12-2023, 12:58           
Bankda əmanətləri olan vətəndaşlara şad xəbər (VİDEO)
Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, növbəti ildən bankda əmanət yerləşdirənlərə güzəştlər tətbiq olubacaq. Belə ki, vətəndaşların banklara qoyduqları əmanətlərdən gələn aylıq faiz gəlirləri vergidən azad olunacaq.

Qaynarinfo xəbər verir ki, əvvəllər əmanətlərdən gələn gəlirin 10 faizi vergiyə cəlb olunurdu. Artıq əhalinin müddətli əmanətlərinin miqdarının azalmasından (bu miqdar 147.7 milyon manat azalaraq 12 milyard 600 milyon civarına düşüb) sonra yeni dəyişiklik edilib. Bu tendensiyanın qarşısını almaq üçün dövlətin vergi məcəlləsinə dəyişiklik eilməsi təklif olunub. Bu yeni qaydanın iqtisadiyyata böyük töhfə verəcəyi düşünülür.

Bu barədə "Xəbərin olsun" verilişinə danışan millət vəkili Vüqar Bayramov isə vergi məcəlləsinə əmanətlərdən gələn gəlirlərə dair aha iki dəyişiklik edilməsinin də nəzərdə tutulduğunu vurğulayıb:

"Bu dəyişikliklərə əsasən banklarda olan əmanət aylıq 200 AZN-ə dək olan hissəsi vergidən azad olunur. Vətəndaşımızın bankda 31 AZN-i varsa və həmin əmanət fazilərinə görə ümumilikdə 8 faiz ödənilirsə bu halda onun əldə etdiyi illik 2400 AZN illik vergidən tamamilə azaddır. Əgər bu əmanətlər uzun müddət yerləşdirilsə, məsələn bir il yarım yerləşdirilən əmanətlər üçün gəlirdən asılı olmayaraq bütün gəlirlər vergidən azad olunacaq".

Ətraflı videoda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru