Abşeronda çirkab suları evlərin həyətlərinə dolur (VİDEO)

22-12-2023, 16:08           
Abşeronda çirkab suları evlərin həyətlərinə dolur (VİDEO)
Abşeron rayonunun Digah qəsəbəsində yaşayan sakinlər yollarının asfaltlanmamasından şikayətlənirlər.

Onlar iddia ediblər ki, ümumi uzunluğu beş kilometr olan yol indiyə qədər asfaltlanmayıb:

"Nə yol, nə kanalizasiya, nə də marşrut var. Kanalizasiya bütün evlərimizi bərbad hala salır, həyətlərə girmək olmur. Palçıqlı küçələrdə uşaqlarımız məktəbə piyada gedib-gəlirlər. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, icra nümayəndələrinə, bələdiyyələrə imzalar toplanıb. Heç biri üzə çıxmır”.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, qəsəbənin asfaltlanması həmin ərazidə mərkəzləşdirilmiş kanalizasiya xəttinin çəkilməsindən sonra mümkün olacaq.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru