Dövlət Komitəsinin sədri: "Bakının Baş Planı üzərində iş başa çatıb".
23-12-2023, 09:08
İlk dəfə Bakının Baş Planı haqqında qəzetdə məlumat oxuyanda, deyəsən, 14 yaşım var idi, sonra 90-cı illərdə, 2000-ci illərdə dəfələrlə bu mifik Baş Plan haqqında məlumatlar gördük. İı olur 2024, amma yenə plan hazırdır, iş başa çatıb, deyirlər. Bakıda planla iş görməyə imkanmı qalıb?! Yuxarıdan şəhərə baxanda xaotik mənzərə görünür, yüksəkmərtəbəli "gecəqondular" şəhəridir. Sıxlıq, tıxaclar, ictimai nəqliyyat bərbad, plansız, proqramsız tikililər, səkilər yox, alt yapı əhalinin yükünü çəkə bilmir - bundan sonra Plan qəbul etsələr nə dəyişəcək ki?! Yüzlərlə bina sökəcəklər?! Bakının Baş Planından keçib artıq, indi Qarabağda, işğaldan azad edilmiş torpaqlarda düşünülmüş planlı məskunlaşma lazımdır ki, Bakıdan 1 mln. vətəndaş oralara köçsün, başqa yol yoxdur. Şəhəri 30 ildə korrupsiya və məmur biznesinə qurban veriblər, onlar qazanıb yaşanabilir şəhərlərdə ev-villa aldılar, Bakını isə ağlar günə qoydular... Natig Cəfərli