Yeni il qabağı paytaxt bazarlarında QİYMƏT - VİDEO

25-12-2023, 10:34           
Yeni il qabağı paytaxt bazarlarında QİYMƏT - VİDEO
Bayram süfrələrini hazırlamaq üçün "yaxşı bazarlıq" etmək vacibdir. Maraqlıdır, Azərbaycanda orta statistik ailə üçün yeni il süfrəsi neçəyə başa gəlir?

Xezerxeber.az xəbər verir ki, orta statistik 4 nəfərlik ailə bayram süfrəsini standart yeməklər - salat, dolma, plovla bəzəmək istəyirsə ən azı 100 manat ödəməlidir. Əlavə xərclər meyvə, pomidor, xiyar, şirə, çərəz, tort üçün isə 50-70 manata qədər xərc çəkmək tələb olunur.

Qiymətlərə gəldikdə, bazarda ərik 11-15 manat, albuxara 8-10 manat, ədviyyatın qiyməti isə çeşidinə görə dəyişir. Kənd toyuğunun kiloqramı 9 manatdan təklif olunur. Kərə yağının isə kiloqramı çeşidinə görə 18-23 manat arasında dəyişir. Bayram ərəfəsində balıq bazarında da canlanma var. Qiyməti isə 4 manatdan başlayır və 45 manatda yekunlaşır.
Daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru