Agentlik gündəm olan inəklə bağlı araşdırmalara başladı - VİDEO

25-12-2023, 16:44           
Agentlik gündəm olan inəklə bağlı araşdırmalara başladı - VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “özünüməşğulluq proqramı”nın icrası çərçivəsində əhaliyə verilən mal-qaranın yararsız olması ilə bağlı dəfələrlə mediada və sosial şəbəkələrdə faktlar paylaşılıb.

Belə hallardan biri də ötən gün Balakən rayonunda yaşanıb. Belə ki, kənd sakini Dövlət Məşğulluq Agentliyinin ona verdiyi heyvanlar barədə müsahibə verərkən inəklərdən biri qəfildən yıxılıb.

Görüntülər qısa zaman ərzində sosial mediada yayılaraq müzakirələ səbəb olub. Sosial şəbəkə istifadəçiləri heyvanın öldüyünü iddia edərək, bu tip hadisələrin ilk dəfə baş vermədiyini qeyd ediblər.

Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyinin Strateji əlaqələr departamentinin direktoru Mayis Musayev Yenisabah.az-a açıqlamasında hadisədən xəbərdar olduqlarını bildirib.

Onun sözlərinə görə, Dövlət Məşğulluq Agentliyi artıq məsələ ilə bağlı araşdırmalara başlayıb və araşdırmanın nəticəsi barədə cəmiyyətə qısa zaman ərzində məlumat veriləcək.

Sözügedən kadrları təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru