"Bank depozitləri heç vaxt gəlir mənbəyi olmayıb, heç vaxt da ola bilməz"

25-12-2023, 18:40           
"Bank depozitləri heç vaxt gəlir mənbəyi olmayıb, heç vaxt da ola bilməz"
Bakı Fond Birjası (BFB) Müşahidə Şurasının sədri Fərid Axundov müsahibəsində "Azərbaycanda bank depozit faizləri ilə emitentlərin təklif etdiyi gəlirlilik rəqabət apara bilirmi?" sualına da cavab verib.

Axundov qeyd edib ki, bank depozitləri heç vaxt gəlir mənbəyi olmayıb:

"Mən rəqabət sözünü istifadə etməzdim. Çünki bank depozitləri heç vaxt gəlir mənbəyi olmayıb, heç vaxt da ola bilməz. Bank əmanətləri adətən inflyasiyanın kompensasiyası qədər gəlir verə bilir. Gəlir əldə etmək üçün kapital bazarlarına müraciət etməliyik".

Bakı Fond Birjası (BFB) Müşahidə Şurasının sədri əlavə edib ki. yerli qiymətli kağızlar bazarında istiqrazlar (borc öhdəlikləri) üstünlük təşkil edir: "Hal-hazırda borc öhdəlikləri üçün 10%-17% gəlirlilik təklif olunur. Səhm bazarında isə iki növ qazanc əldə edilir. Biri ilin sonunda verilən divident, digəri isə səhmin qiymətinin artması şəklindədir. Bizim əsas hədəflərimizdən biri də səhm bazarını inkişaf etdirməkdir". /"Marja"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru