Sumqayıtda “ölüm yolu” - İnsanlar təhlükəylə üz-üzə - VİDEO
26-12-2023, 00:03

Sumqayıtda 13-cü mikrorayon ilə 10-cu mikrorayon arasından keçən Babək küçəsi piyadalar, elə sürücülər üçün də şəhərin ən təhlükəli küçələrdən biridir.
Bakupost.az xəbər verir ki, buna səbəb bir tərəfdən Ü.Hacıbəyov, digər başdan isə Niyazi küçəsi ilə kəsişən küçənin hər iki tərəfində iri ticarət mərkəzlərinin – “Gold Qayalı”, “Hiper”, “Kontakt Home”, “Brend House”, Soliton mağazalarının, yanacaqdoldurma stansiyasıyasının, “Xəlifə” şadlıq sarayı “Şərq” Ticarət Mərkəzi, çoxsaylı, dükanların, kafelərin, çayxanaların olmasıdır.
Dövlət idarələrinin, yaşayış binalarının, dayanacaqların, marşrutların çoxluğu da təbii ki, ərazini gedişli-gəlişli edir. Əvvəllər, bir 30 il qabaq 10-cu mikrorayon tərəf tam boşluq idi. Lakin sonralar yolboyu hər qarış satılıb və indi bu ərazilər addımbaşı iri obyektlər tikilib zəbt olunub.
Bu yolda piyadaların təhlülkəsizliyi lazımınca təmin olunmur. Küçənin sonunda, Nizami küçəsi ilə kəsişən yerdə işqforlar var, amma bu da kömək olmur. Çünki işqforlar əsas problem mənbələrindən-supermarketlərdən sonra qoyulub. Buna görə də piyadalar üçün bu yoldan keçmək əməlli-başlı ekstrimdir, onlar yolu “Allaha təvəkkül” deyib keçirlər. Bu yolda, ələlxüsus axşam, pik saatlarında- insanların alış-verişə axışdığı vaxtrlarda hər şey sürücülərin sayıqlığından və piyadaların həddən artıq diqqətli olmasından asılıdır. Əks halda faciə qaçılmazdır. Təsadüfi deyil ki, intenetdə bu küçənin adını vursaz burada ölümlə, xəsarətlə, maşınların bir-binə dəyib zədələnməsi ilə bağlı çoxlu sayda qəzaların olması haqda oxumaq olar. Küçədə mövcud olan piyada keçidləri isə təhlükəsizliyi təmin etməyə kifayət etmir.
Axşam-pik vaxtı buradakı xaos, siqnal səsləri mətbuatda deyildiyi kimi Hindistanın küçələrini xatırladır.
Burada maşınların intensiv hərəkəti, alıcların isə böyük ticarət mərkəzində alış-veriş etdiyi vaxt piyadalar üçün bu yol stress yaradır. Üstəlik bu küçənin hər iki tərəfindən çoxlu sayda marşrut avtobusları işləyir. Buranı sağ-salamat keçmək böyük bacarıq, fərasət tələb edir
Qaydalara görə əgər yaşayış məntəqələsində olan keçidlərdə nəqliyyat vasitələrinin hərəkət şiddət 300 avtomobil/saat, piyadaların hərəkət şiddəti 3000 piyada/saat və yolun nəqliyyat hissəsi 14 metrdən çox olarsa, orada yerstü piyada keçidi tikilə bilər. Qeyd olunan ərazidə bu şərait yoxdur. Bu barədə mütəxəssislərə qulaq asmaq olar.
Hər bir halda insanlar yolu qorxa-qorxa yox, rahat keçməlidirlər və bu onların haqqıdır və onların təhlükəsizliyini təmin etmək müvafiq qurumların borcudur.