Goranboy rayon tenderləri… -

26-12-2023, 18:54           
Goranboy rayon tenderləri… -
Goranboy Rayon İcra Hakimiyyəti adına iki il ərzində 3 tender müqaviləsi imzalayıb.
Böyük məbləğli İki tender müqaviləsi “GÖYGÖL TİKİNTİ” MMC ilə bağlayıb.
Sizin.Media xəbər verir ki, hər iki tenderin ümumi qiyməti 600 min manatdan çoxdur.
Belə ki, bu il noyabr ayında sözügedən icra orqanı Goranboy şəhəri, Cəfər Cabbarlı, Rövşən Mustafayev, Yahuzər Bayramov, Salahəddin Civəzadə, Rəsul Rza küçələrində, Heydər Əliyev prospektində, “Goranboy rayonu” lövhəsinin tikintisində, Şəhidlər xiyabanı və Heydər Əliyev mərkəzinin qarşısında abadlıq işləri ilə bağlı 364.774,29 AZN-lik müqavilə imzalayıb.

Bildirək ki, “Göygöl Tikinti” MMC-nin nizamnamə kapitalı 10 Azn, qanuni təmsilçisi Anar Tağıyev Əhməd Oğludur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru