Hövsanın Zeytun sovxozunun sakinləri yolun vəziyyətindən təngə gəliblər - VİDEO

22-01-2024, 13:24           
Hövsanın Zeytun sovxozunun sakinləri yolun vəziyyətindən təngə gəliblər - VİDEO
Hövsan qəsəbəsinin bir qrup sakini yaşadıqları ərazidə yolun vəziyyətindən təngə gəliblər.

Xezerxeber.az xəbər verir ki, Qala məhəlləsinin sakinləri deyir ki, yayda tozdan, qışda palçıqdan küçədə hərəkət etmək mümkün olmur. Bir zamanlar asfalt örtüyü olan yol sonradan bu hala düşüb.

Sakinlərin sözlərinə görə, yağışlı günlərdə vəziyyət dözülməz həddə çatır. Təcili Tibbi Yardım avtomobilləri əraziyə gəlməkdən imtina edirlər.
İddia edilir ki, problemin həlli üçün rayon İcra Hakimiyyətinə dəfələrlə üz tutublar. Amma ya cavab ala bilməyiblər, ya da aldıqları cavab onları hiddətləndirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru