Vətəndaşlar “MSN Tour” şirkətini fırıldaqçılıqda ittiham edir - ŞİKAYƏT VAR

3-08-2016, 10:27           
Vətəndaşlar “MSN Tour” şirkətini fırıldaqçılıqda ittiham edir - ŞİKAYƏT VAR
Azərbaycanda turizm şirkətləri nə qədər çox olsa da, vətəndaşlar hələ də bazarda rəqabətin olmamasından və xidmətlərin bahalığından şikayətlənir. Bundan başqa, vaxtaşırı olaraq müxtəlif turizm şirkətlərinin vətəndaşları aldatması barədə də mətbuatda yazılara rast gəlmək mümkündür.

Qafqaznews.az saytı olaraq, biz də daim bu istiqamətdə vətəndaşların şikayətini araşdırmış və turizm sahəsindəki problemləri işıqlandırmışıq. Bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən Bakı sakini Anar Eldar oğlu Salayev bildirib ki, “MSN Tour” MMC-nin dələduzluq əməlləri üzündən onun ailəsinə maddi zərər dəyib və hazırda həmin şirkəti heç yerdə tapa bilmir.

Anar Salayev Qafqaz Xəbər Agentliyinə yazdığı ərizəsində bildirib: “2015-ci il aprelin 12-də anam Səltənət Mirhəsən qızı Salayeva ilə “MSN Tour” MMC-nin direktoru Cəmalə Əfqan qızı arasında müqavilə imzalanıb. Qeyd edim ki, həmin şirkətin VÖEN nömrəsi 1301614511-dir. Həmin müqaviləyə görə, şirkət özünün “Holidays & Miles” istirahət proqramı üzrə 3 il ərzində xidmət göstərməyi öhdəsinə götürürdü. Müqaviləni imzalayan tərəf kimi, Səltənət Mirhəsən qızı Salayeva şirkətə 3200 manat ödəməklə, 3 il ərzində 3 dəfə (və yaxud 21 gün) müxtəlif xarici ölkələrdə iki nəfərlik istirahət imkanı qazanacaqdı. Anam öz öhdəliyini yerinə yetirərək, 3200 manatı şirkətə tam ödədi. Anama şirkətdən plastik üzvlük kartı da verildi. İlk səfər qaydasında keçdi və 2015-ci ilin dekabr ayında valideynlərim ikilikdə BƏƏ-nin Dubay şəhərində bir həftə istirahət edib qayıtdılar”.

Onun sözlərinə görə, Dubay səfərinin üstündən üç-dörd ay keçəndən sonra, valideynləri yayda Türkiyədə istirahət etmək üçün də detalları razılaşmaq məqsədi ilə şirkətə müraciət ediblər.

“Müqaviləyə görə, istirahətə müştəri “MSN Tour” şirkətini 30 gün əvvəldən xəbərdar etməli idi. Həmin vaxt “MSN Tour” şirkəti Nobel prospekti 15 ünvanında. “Azure” Biznes Mərkəzində yerləşirdi. Şirkətdən anama bildirdilər ki, “hazırda başqa ofisə köçmək üzrəyik, mobil telefon vasitəsilə əlaqə saxlayarsınız, sizə yeni ünvanı bildirərik”. Onlar anama bir neçə mobil nömrə vermişdiləimg226r. Lakin bir həftə sonra şirkətə aid nömrələrin heç biri işləmirdi. Bir müddət sonra anam Turan İsayev adlı şirkət nümayəndəsinə zəng etdi, həmin şəxs isə dedi ki, guya Gürcüstandadırlar, daha bir həftə sonra Bakıya gələcəklər. Lakin üstündən üç aydan çox vaxt keçib və “MSN Tour”un internet ünvanı da, mobil və şəhər nömrələri də işləmir. Çox axtarsaq da, şirkətin ofisini tapmadıq. Əminəm ki, sözügedən şirkətin qurbanları tək biz deyilik və onlarla, hətta yüzlərlə insan bu fırıldaqçıların toruna düşüb”, – deyə A.Salayev qeyd edib.

Vətəndaş Qafqaz Xəbər Agentliyi vasitəsilə Respublikanın Baş Prokuroru Zakir Qaralova və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə də üzünü tutub.

“Zakir Qaralovdan və Kamran Əliyevdən bu şirkətlə bağlı təcili araşdırma aparmalarını, problemi nəzarətə götürmələrini xahiş edirəm”, – deyə şikayətçi vurğulayıb.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.