Telman İsmayılov Mahaçqala limanı uğrunda "müharibə"yə başladı
3-08-2016, 10:34
Hurriyyet.org rus mətbuatına istinadən xəbər verir ki, neft oğurluqlarında adı hallanan Mahaçqala limanı uğrunda mübarizəyə gözlənilmədən Azərbaycandan olan oliqarx Telman İsmayılov da qoşulub. Bununla əlaqədar Telman İsmayılovla dağıstanlı oliqarx Süleyman Kərimov arasında "müharibə" başlayıb.
Dövlət əmlakının özəlləşdirilməsi planına görə, Mahaçqala limanı bu ilin axırına qədər Dağıstan respublikasının mülkiyyətinə verilməlidir.
Limanın alınmasına real namizədlər məşhur biznemenlər Süleyman Kərimov (“Nafta-Moskva” qrupu) və Ziyavudin Maqomedov (“Summa” qrupu) sayılır.
Lakin artıq mübarizəyə üçüncü qüvvə - Telman İsmayılov da qoşulub. Dağıstan mətbuatında qeyd edilir ki, İsmayılov Türkiyənin liman operatoru “Yilport Holdinq”in maraqlarını təmsil edir.
Telman İsmayılovun Dağıstanın siyasi dairələrindəki əlaqələrindən agah olan Süleyman Kərimov son əlaca əl atıb. Biznesmenlə əlaqəsi olan “Aroliya Holdinq” Kipr şirkəti Dağıstanın arbitraj məhkəməsinə müraciət edərək “Mahaçqala dəniz ticarəti limanı” şirkətinin 678 mln rubl cərimə edilməsi üçün məhkəməyə iddia ərizəsi verib. Bu isə Mahaçqala limanının müflis olması ilə nəticələnə bilər.
Şirkətin iddiası təmin edildiyi təqdirdə Kərimov iflasa uğramış limanı demək olar, qəpik-quruşa ala bilər.