Klarnet ifaçısından ödənişli parklanma ilə bağlı ETİRAZ: “Tələbələr ödəyə bilmirlər” - VİDEO

26-01-2024, 16:08           
Klarnet ifaçısından ödənişli parklanma ilə bağlı ETİRAZ:
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu tələbəsi olduğu Azərbaycan Milli Konservatoriyasının önünün ödənişli parklanma ərazisinə çevrilməsindən şikayət edib.
Oxu.Az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə paylaşım edib.

O, tələbələrin təhsil aldığı yerin qarşısında ödənişli dayanacağın olmasını düzgün hesab etmədiyini bildirib:

“Burada altı-yeddi saat dərsdə oluram. Məşqlərimiz olur, imtahana hazırlaşırıq. Konservatoriyanın önündə maşınlarımızı saxlayırıq. Burada ödənişsiz parklanma var idi. Bir neçə gün əvvəl isə buranı da pullu etdilər. Öz və tələbə yoldaşlarımın adından çox xahiş edirəm ki, buradakı ödənişli parklanmanı ləğv edəsiniz. Bura bulvar, restoran, nə də ki, şadlıq sarayıdır. Tələbələr burada təhsil alırlar. Tutaq ki, biri qazanır, digəri isə qazanmır. Hamı o pulu ödəyə bilmir. Bir saat üçün ödəmək olar, amma səkkiz-doqquz saat burada dərsdə olan tələbələr var. Çox xahiş edirəm ki, bu məsələyə bir əncam qılasınız və kökündən həll edəsiniz. Belə olmaz axı, düşünmək lazımdır”.

Həmin görüntüləri təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru