Azərbaycan kartları ilə Türkiyədə alış-veriş artır - VİDEO

29-01-2024, 12:38           
Azərbaycan kartları ilə Türkiyədə alış-veriş artır - VİDEO
Azərbaycan kartları Türkiyədə alış-veriş üçün həm elektron ticarət platformalarında, həm də yerində ödənişlər zamanı geniş istifadə edilir.

Xezerxeber.az-ın məlumatına görə, bu ölkədə Azərbaycan kartları ilə aparılan əməliyyatların həcmi ildə təxminən 1 milyard manata çatır.

İqtisadçı - ekspert Xalid Kərimli deyir ki, buna səbəb nağdsız ödənişlərin təhükəsiz olmasıdır.

Türkiyədə alış-verişə tələbatı artıran əsas səbəblərdən biri də məhsulların manatla müqayisədə ucuz olmasıdır.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan vətəndaşları ölkə xaricində ümumilikdə nağdsız şəkildə 2 milyard 418 milyon manat vəsait xərcləyiblər. 2023-cü ildə isə bu rəqəm 3 milyard manatdan artıq olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru