Bankların mühafizəkarlığı hələ də davam edir

29-01-2024, 21:39           
Bankların mühafizəkarlığı hələ də davam edir
Taleh müəllim Mərkəzi Bankın rəhbəri olandan sonra bank sistemində bir xeyli müsbət dəyişikliklər olmuşdu.
Arada tərifləyirdik də, göz dəydi
Bu gün öyrəndim ki, bank sistemində yeni bir absurd qərar qəbul ediblər.
Kapital Bankın Əhmədli Filialında sahibkar hesabda olan halal pulumdan valyuta ilə çıxarış etmək istədikdə kassada bildirdilər ki, ancaq manatla verə bilərik.
Onlara tapşırıq verilib ki, pul hansı valyuta hesabındadırsa həmin valyuta ilə çıxarış ola bilər.
Bildirdilər ki, bu bankdan manatla pul alanlar yalnız başqa bir banka, yaxud filiala yaxınlaşıb valyutaya çevirə bilərlər !
Biz bank sistemində çox mühafizəkar qərarlar görmüşük, beləsi heç olmamışdı.
Kənardan daxil olan vəsaitin bankda konvertasiyasının müzakirə predmeti ola biləcəyi azacıq da olsa ağlabatan görsənə bilər.
Amma öz hesabında olan bir vəsaitin adi bir konvertasiyasına məhdudiyyət qoymaq, sadəcə ağlasığmazdır.
Biz açıq bankdan, rəqəmsal bankdan danışırıq. Görünür ki, hələ offlayn bankın biznes proseslərini düz-əməlli qura bilməmişik.
Ümid edirəm açıq bankçılıqdan, rəqəmsal transformasiyadan danışanlar baş verənlərin fərqindədirlər.
P.S. Mən məsələni dirəşib yerində həll etdim. Ümid edirəm qaydalara əl gəzdirəcəklər.
Osman Gunduz
TEREF: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.