Gömrükdə yenilik səviyyəsi yoxlanılır, amma köhnə metodlarla
13-02-2024, 12:08
DGK öz əməkdaşlarının bilik səviyyəsinin yoxlanılması haqqında rəsmi resurslarında məlumat paylaşıb. Yoxlanılacaq bilik səviyyəsi də yenilik və təkmilləşmə, yəni süni intellekt, risk-analiz sistemi və s. ilə bağlıdır. Maraqlıdır ki, açıqlanan məlmatdakı fotolar DGK-da təxminən 20 il əvvəl keçirilən imtahanları xatırladır. Güman ki kağızda olan cavablar da hansısa gömrük generalları tərəfindən oflayn formada, kefi istədiyi vaxt yoxlanılacaq, nəticələr də əməkdaşlara nə zamansa zərfdə göndəriləcək DGK-nın əlində nəhəng VAİS informasiya sistemi var, hansı ki onun bir hissəsi də bu tip proseslərin ölkənin istənilən yerində rəqəmsal formada, real vaxtda gerçəkləşməsini nəzərdə tutub. DGK-nın yüksək texnologiyalarla, kütləvi imtahanların təşkili üçün zəruri texnologiyalarla təhciz olunan Gömrük Akademiyası var. Belə olan halda, gömrük əməkdaşlarının yeniliklərlə bağlı, yəni süni intelkekt və digər rəqəmsal gömrük texnologiyaları ilə bağlı bilik səviyyəsinin bu cür bəsit formada öyrənilməsi düşündürücüdür. Osman Gunduz TEREF