Azərbaycana gətirilən yük avtomobilləri 5 min manat - BAHALAŞIB

19-02-2024, 11:38           
Azərbaycana gətirilən yük avtomobilləri 5 min manat - BAHALAŞIB
Cari ilin yanvar ayında Azərbaycana 8 milyon 908 min dollar dəyərində 495 ədəd yük avtomobili idxal olunub.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.

2023-ci iln eyni dövrü ilə müqayisədə yük avtomobili dəyər ifadəsi ilə 3 milyon 266 min dollar və ya 57,9%, miqdar ifadəsi ilə 119 ədəd və ya 31,6% artıb.

2023-cü ilin yanvar ayında 5 milyon 642 min dollarlıq 376 ədəd yük avtomobili idxal edilmişdi.

1 ədəd yük avtomobilinin qiyməti 2024-cü ilin ilk ayında 17 995 dollar (30 592 manat), 2022-ci ilin sonunda isə 15 005 dollar (25 508 manat) olub. Beləliklə don bir ildə yük avtomobilləri 2 991 dollar (5 084 manat) və ya 19,9% bahalaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru