Sexdən çıxan tüstü ətrafı ZƏHƏRLƏNDİRİR - SAKİNLƏR NARAZIDIR - VİDEO

19-02-2024, 15:28           
Sexdən çıxan tüstü ətrafı ZƏHƏRLƏNDİRİR - SAKİNLƏR NARAZIDIR - VİDEO
Sexdən havaya buraxılan maddələr 500-ə yaxın ailəni narahatlığına səbəb olub. Abşeronun Mehdiabad qəsəbəsi İstiqlaliyyət küçəsində yaşayan sakinlərin iddialarına görə, Novxanı-Binəqədi yolunun üstündə fəaliyyət göstərən və fiziki şəxs Əjdər Atayevə məxsus tol sexi Mirzələdi gölünü və ətrafdakı yaşayış massivini zərərli maddələrlə çirkləndirir.

Sonxeber.az xəbər verir ki, sakinlər "Xəzər Xəbər"ə əsasən səhər saatlarında atmosferə buraxılan zərərli maddələrin onların evinə qədər gəlib çatdığını deyirlər. Məsələ ilə bağlı döymədikləri qapı qalmayıb:

" 12 ildir burada yaşayırıq. Mənim özümdə şəkər xəstəsiyəm. Hər gün səhər saatlarında gedirəm. Havaya çıxan kimi adam boğulur. Təmiz hava qalmayıb. Ona görə də xahiş edirik ki, bunun haqqında bir tədbir görülsün.

Dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişik. Məhəl qoyan yoxdur. Evimizdə rahat otura bilmirik".

Məsələyə münasibət almaq üçün müraciət edilsə də qapını açan olmayıb. Yerli icra nümayəndəliyi və bələdiyyədən bildirilib ki, müraciətdən sonra aidiyyəti qurumlar məlumatlandırılıb.

Ətraflı "Xəzər Xəbər"in süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru