Ədliyyə naziri olaraq Fikrət Məmmədov necə yadda qalıb?
19-02-2024, 22:26

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni hökumətin tərkibində ədliyyə naziri Fikrət Məmmədov yer almayıb.
Ədliyyə naziri olaraq Fikrət Məmmədov necə yadda qalıb?
Fikrət müəllimin dövründə Nazirliyin rəqəmsal sahəyə və innovasiyalara olan münasibəti haqqında aşağıdakıları bildirmək istərdim.
Düşünürəm ki, rəqəmsal transformasiya baxımından, rəqəmsal hökumət quruculuğu baxımından Ədliyyə Nazirliyi ən öndə gedənlərdən olub.
Sabiq nazir bu qurumda ciddi, peşəkar və məsuliyyətli İKT komanda formalaşdıra bilmişdi. Həm də peşəkarları qoruyub saxlaya bilib.
Ölkədə ən faydalı və ən populyar rəqəmsal resurs, “Mobil notariat” hökumət həlli məhz bu quruma məxsusdur.
Fikrət müəllimin dövründə sadəcə elə bu resursun ortaya çıxarılması, bütün dünya azərbaycanlılarının istifadəsi üçün qlobal mühitdə tam əlçatan şəraitin yaradılması böyük bir işdir.
Ümumiyyətlə isə, regionda, keçmiş sovetlər birliyində rəqəmsal transformasiyası ən yüksək səviyyədə olan notarial sistem məhz Azərbaycandadır.
Eyni zamanda Ədliyyə Nazirliyinə məxsus “Elektron məhkəmə”(bildiyim qədər mobil "Elektron məhkəmə"nin də yeni versiyası hazırlanırdı), “Mobil əhali”, “Ən Tez”, “E-qanun” və s. faydalı və mobil hökumət həlləri var.
Əksəriyyətini də, bəzi nazirliklədə olduğu kimi yalnız öz komandası ilə deyil, dövlət-özəl tərəfdaşlığı ilə, biznes sektorunu cəlb etməklə hazırlayıblar.
Qurum digər dövlət resurslarına, G-clouda inteqarsiya edib.
Əlbəttə, istənilən Nazirlikdə uğurlarla bərabər problemlər, çatışmazlıqlar ola bilər. Düşünrəm ki, Ədliyyə Nazirliyində də bunlar olmamış deyil.
Bununla belə, Ədliyyə Nazirliyi hər zaman rəqəmsallaşmaya və onlayn şəffaflığa, rəqəmsal hökumət quruculuğuna və innovasiyalara önəm verən qurum olub.
Fikrət müəllimə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram.
Osman Gunduz
TEREF