Ramana yolunda dayanacaq pavilyonları niyə quraşdırılmayıb? - RƏSMİ AÇIQLAMA + VİDEO

20-02-2024, 11:58           
Ramana yolunda dayanacaq pavilyonları niyə quraşdırılmayıb? - RƏSMİ AÇIQLAMA + VİDEO
Aeroport şosesindən Ramana qəsəbəsinin Şuşa şəhərciyi istiqamətində dayanacaq məntəqələrində pavilyonlar yoxdur. Bu isə istər küləkdə, yağışda, istərsə də günəşli havada avtobus gözləyən sərnişinlərin narahatlığına səbəb olur.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildiriblər ki, dayanacaq pavilyonlarının olmaması həm yayda, həm də qışda onlar üçün ciddi problemlər yaradır.

Qəsəbə sakinlərinin sözlərinə görə, ərazidə ödəniş terminallarının olmaması da hər gün ictimai nəqliyyatdan istifadə edən sakinlər üçün ciddi çətinlik yaradır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobus dayanacaq pavilyonları quraşdırılan zaman yol infrastrukturunun vəziyyəti nəzərə alınır.
“Bu istiqamətdə mütəmadi olaraq təhlillər aparılır. Mövcud səki infrastrukturu və əhalinin gediş-gəlişi nəzərə alınaraq ya dayanacaq pavilyonları quraşdırılır, ya da dayanacaq nişanları qoyulur. Aeroport şosesindən Ramana qəsəbəsinin Şuşa şəhərciyi istiqamətində dayanacaq məntəqələlərində pavilyonların quraşdırılmaması səkilərin ensiz, bir çox yerlərdə isə ümumiyyətlə olmaması ilə bağlıdır. Bu səbəbdən qeyd olunan yol üzərində tərəfimizdən pavilyonlar deyil, dayanacaq nişanı qoyulub”, - deyə qurumdan bildirilib.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru