Mehriban Zeynalova: Digər bir məsələ müəllim və məktəbin təlim tərbiyədə səlahiyyətlənməsi üçün imkanların mövcudluğudur.
20-02-2024, 10:01
Təlqin virus xarakterlidir. Təlqinin müsbəti də mənfisi də eynilə virus xüsusiuyəti ilə yayılır. Ətrafda mənfi çox olanda, əzməyə, alçatmağa meyilli olanlar üçün münbit mühit genişlənir. Uşaqlar arasında təlqin daha tez mənimsənilir. Bəzən pis təlqin valideyndən yox, mühitdən qaynaqlanır. Uşaq güclüləri sevir, onları təkrarlayır. Bunu "Təmiz Dünya" təşkilatının rəhbəri, hüquq müdafiəçisi Mehriban Zeynalova deyir. Daha sonra Mehriban xanım fikirlərini şərh edərək davam edir: Son zamanlar uşaqlarla bağlı hadisələrdə yalnız valideyni ittiham etmək məncə doğru deyil. Valideynin davranışı da mühitdən qaynaqlanır. Əgər məktəb davranış pozuntusu olan valideyni görüb uşağı o mühitdən xilas etmək üçün addım atmırsa, o halda burda məsuliyyət artlq müəllim və məktəbin üzərinə düşür. Digər bir məsələ müəllim və məktəbin təlim tərbiyədə səlahiyyətlənməsi üçün imkanların mövcudluğudur. Zəncirin həlqələri bir birinə bağlıdır. Biri boşdursa digər həlqələr də boşalır . TEREF