Bu şəxslərə ev veriləcək

20-02-2024, 13:18           
Bu şəxslərə ev veriləcək
Antiterror tədbirləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və şəhid olanların ailələri evlə təmin ediləcəklər.

Bu, bir müddət əvvəl imzalanmış sərəncamlarda öz əksini tapıb. Yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və ötən il aparılmış hərbi əməliyyatlar zamanı ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin də mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulur.

Bu arada, indiyədək şəhid ailələri və müharibə iştirakçılarına göstərilən xidmətin həcmi də açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu qəbildən olan 105 min şəxsə sosial ödəniş təyin olunub.

Bundan başqa, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları olmaqla minlələrlə şəxsə psixoloji və reablitasiya xidmətlərinin göstərildiyi də açıqlanıb.

Qurumdan o da bildirilib ki, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 128 min şəxsi əhatə edib və onlara dəstək yönümlü 331 min xidmət göstərilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru