Kəmaləddin Heydərov mərhum əməkdar artist Aygün Bəylərin qızını himayəsinə götürüb
21-02-2024, 00:07
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov mərhum əməkdar artist Aygün Bəylərin övladı Canan Hümmətovanı himayəsinə götürüb. Nazir Cananın təhsil xərclərini qarşılayacağını bildirib. Canan Hümmətova Bakı şəhərində yerləşən 20 saylı orta məktəbin 8-ci sinifində təhsil alır. Nazir Kəmaləddin Heydərov bundan sonra sənətçinin qızının Avropa -- Azərbaycan Məktəbində oxumasını məsləhət görüb və illik təhsil haqqını da əvvəlcədən ödəyib.
Avropa - Azərbayvan Məktəbi Kəmaləddin Heydərovun oğlu Tsleh Heydərova məxsusdur. Qeyd edək ki, Aygün Bəylər Kəmaləddin Heydərovun bəstələdiyi bir neçə məşhur mahnılarının ifaçısıdır. “Qalanı xatirədir”, “Özün günahkarsan”, “İlahi”, “Nə Yaxşı ki, Sən Varsan” mahnılarıdır. Mehriban Sadiqova TEREF