Bakıda məktəbliyə qarşı qısnama: Hüquqşünas məsləhəti
21-02-2024, 10:44

Bakının 156 saylı məktəbin yuxarı sinif şagirdinin digər bir yeniyetməyə qarşı zorakı və aşağılayıcı davranış göstərdiyi əks olunan videolar sosial mediada yayılandan sonra polis məsələni araşdırmaya götürüb və cinayət işi açılıb, DİN açıqlayb.
Yayılan videoda azı iki nəfər, onlardan birinin qız olduğu aşkar görünən yeniyetmə yaşıdı olan başqa bir qıza qarşı zorakı davranış nümayiş etdirərək başına yumurta çırpır, qızın etirazına baxmayaraq, onun saçını kəsir və alnına nalayiq söz yazır.
Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev bildirib ki, əməldə "xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb və istintaq hərəkətləri davam etdirilir".
156 saylı məktəbin direktoru Gülər İsmayılova jurnalistlərə deyib ki, hadisə yanvarın 17-də, məktəbdən və dərs müddətindən kənarda baş verib və onlar bu barədə fevralın 14-də xəbər tutublar.
"Dərhal şagirdi və valideyni məktəbə dəvət edilib, psixoloq müşayiəti ilə onlarla söhbət apardıq".
O əlavə edib kii, videoda görüntülənən, zorakılığa yol verən yeniyetmə onların məktəbində oxusa da, digər yeniyetmə isə artıq burda oxumur. Bakı şəhə təhsil idarəsi açıqlayaıb ki, bullinqə məruz qalan məktəbli qız 2023-cü ildə 156 nömrəli məktəbin IX sinfindən məzun olub.
Gülər İsmayılovanın sözlərinə görə, zorakılığa yol vermiş qız öz hərəkətini "zarafat" kimi izah edib və hərəkətindən peşman olduğunu deyib.
Bullinq nədir? Qanunvericilik məktəbdə bullinq hallarının qarşısını necə alır?
Bullinqə məruz qalan şagirdlər hara müraciət etməlidir? Belə hallarda dövlət hansı məsuliyyəti daşıyır?
Hüquqşünas Vəfa Rüstəm izah edir.