İkiqat vergitutmanın qaldırılması qiymətlərə necə təsir edəcək? - VİDEO

21-02-2024, 12:47           
İkiqat vergitutmanın qaldırılması qiymətlərə necə təsir edəcək? - VİDEO
Həm Azərbaycan , həm də Türkiyə şirkətləri iki dəfə vergi ödəməyəcək. Azərbaycan və Türkiyə arasında vergilərə görə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında sazişin imzalanması ilə iki ölkə arasında iqtisadi əlaqələr üçün əlverişli imkanlar yaranacaq. Belə ki, əvvəlki qaydalara əsasən investorlar iki ölkə də vergi ödəməli olurdular. Bu isə dövlətlərarası ticarətə mənfi təsir edirdi.

Məsələ ilə Rəşad Həsənov "Xəzər Xəbər"ə açıqlama verib:

" Hər hansı bir Azərbaycan şirkəti Türkiyə, Ukraynada fəaliyyət göstərir. Həmin ölkənin qanunlarına əsasən şirkət və çalışanları öz gəlirlərindən vergi ödəyir. Nəzərə alaq ki, onların bir qismi həmin ölkəyə Azərbaycandan transfer olunub. Şirkət həmin gəlirləri Azərbaycana gətirdiyi halda, yenidən burada qanunvericiliyə uyğun olaraq əldə edilmiş gəlirlərdən vergi ödəməli olur. Beləliklə şirkətin əldə etdiyi qazanc vergiyə ödənir".

İkiqat verginin aradan qaldırılması ilə bir sahibkar digər dövlətdən gəlir əldə etdiyi zaman vahid vergi ödəyir. İkinci ölkədə gəlir vergisi verməyəcək. Nəticədə investor ikiqat vergiyə cəlb olunmur. Bəs ikiqat verginin tətbiq edilməsi qiymətlərə necə təsir edəcək?

"İkiqat vergi investorların cəlbini zəiflədir. Qiymətlərin daha baha olması üçün iqtisadi əsaslar yaradır".

Ətraflı "Xəzər Xəbər"in süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.