2024-cü ilin əvvəlində sarımsaq satışları 15% artıb
28-02-2024, 10:08
Yeni araşdırma göstərib ki, 2024-cü il yanvarın 1-dən fevralın 20-dək Rusiyada sarımsaq satışı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15% artıb.Foodinfo.az xəbər verir ki, bu barədə Gazeta.Ru OFD Platforms şirkətinin Check Index resursunun mətbuat xidmətinə istinadən xəbər verir.“Bu mövsümdə alışların daha yüksək səviyyədə olması üçün əlavə amil ölkənin mərkəzi hissəsində temperaturun tez-tez dəyişməsi oldu. Alıcılar, xüsusən də yaşlı nəsil, belə bir mühitdə ehtiyatla özlərini soyuqdəymə risklərindən qorumağa çalışırlar" deyə resursun mətbuat xidməti bildirib.Həmçinin qeyd edilir ki, bu dövrdə zəncəfil satışı 11%, limonun satışı 7% artıb.