AYNA pul yığmaqdan başqa NƏSƏ BİLİR? - ETİRAZ

17-05-2024, 16:24           
AYNA pul yığmaqdan başqa NƏSƏ BİLİR? - ETİRAZ
"Dostlar, avtomobillərinizi AYNA-nın məsuliyyətsizliyindən qoruyun!" Dia-az.info bildirir ki, bu xəbərdarlıqla tanınmış jurnalist İlkin Pirəli çıxış edib.
Jurnalist daha sonra başına gələnləri belə nəql edir: "Avtomobili Hüseyn Cavid prospektində park etdim, elə bu an fotosessiya başladı. Tamam, bu, onların işidir. Qayıdanda gördüm, maşının qarşısı, üstü xırda-xırda daşlardı. Çoxmərtəbəli binada sakin təmirlə məşğuldur, daşlar üzüaşağı axır. "Yaşıl jiletli" şəkilçəkənə deyirəm, hara baxırsan sən? Deyir, şəkil çəkirik, maaş alırıq, avtomobilə ziyan dəyibsə, binanın komendantına iradınızı bildirə bilərsiniz, biz məsuliyyət daşımırıq. Mən binanın komendantına niyə nəsə deməliyəm, parklanmaya görə ödənişi kim alırsa, məsuliyyəti də o qurum daşıyır. Təbii ki, biz demirik, oğrulardan qorusunlar və s. Amma sən görürsən, göydən daş yağır, mümkün qədər təhlükəsizliyi təmin etməlisən, edə bilmirsənsə, ərazidə parklanma məhdudlaşdırılmalıdır. Lazımdırsa, müvafiq qaydada müraciət də etmək lazımdır. Bəlkə öz başına da daş düşmüşdü, amma avtomobillərə şığımaq hissi o qədər güclüdür ki, ağrını belə hiss etməz. Tutaq ki, ərazidə qaz sızması müşahidə olunur, sürücü bunu hardan bilsin, park edir, gedir. Ordakı əməkdaş bildirməlidir ki, filan problem var, partlayış ola bilər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucovla əlaqə saxladım. O da təxminən eyni mövqeyi sərgilədi. Müvafiq vəzifə nə bilim nə... Təhlükəsizliyi təmin etmiş olsalar, qanunu pozmuş olacaqlar... Vəssalam daa. Belə qənaətə gəldim ki, qurum yalnız pul yığmaq işinə baxır.
Harda künc-bucaq görürlər, lövhə qoyurlar, olur parklanma yeri. Yer təşkil edəndə təhlükəsizliyi də nəzərə alın... "Qanun", "qanunvericilik" sözünü tez-tez təkrarlamaqla deyil, oxumaq da lazımdır. Belə parklanma yerləri olar? Elə parkinqlər var ki, demək olar, yolun hərəkət hissəsində təşkil olunub. Əlbəttə, hansısa avtomobil keçdikdə, ən azından güzgü qəfil gülləyə tuş gələcək. Əvvəllər qanunsuz da olsa yığılan vəsaitə görə xidmət edirdilər, qoruyurdular. İndi avtomobili park edirsən, qalır Allahın ümidinə. Əgər məsuliyyət daşımırsa, o zaman həmin şəxslərin ərazidə nə işi var? Ərazini kameralaşdırın, vəssalam. Şəkil çəkmək və pəncərə döyməkdən başqa iş bacarmırlar. Bu, loodu düşmüküş, loo...
Qurum sözçüsünə xatırlatdım bir daha: Qanun qanundursa, bəs AYNA “Rahat” marketin Suraxanı rayonunda (Yod Zavodu) yerləşən filialının piyadalar üçün nəzərdə tutulan səkini zəbt etməsinə niyə göz yumur. Açıqlama da yaymışdılar ki, qanunsuzdur, bəs niyə 6 aydır, tədbir görülmür. Bir daha müraciət edirəm, Anar Rzayev, niyə tədbir görmürsünüz? Deməyim odur ki, qanun sərf edən formada deyil, elə əsl formada icra olunmalıdır. Yoxsa 3-4 qazi parklanma yeri təşkil edib, 50 "yaşıl jiletli"ni salıblar onların üstünə ki bəs qanunsuzdur. Qanunsuz olanı göstəririk dəə, niyə susursunuz? Biz Ziya Məmmədovun "qoçu"larını, BNA-nı görmüş insanlarıq, bu da keçər. Anar Rzayevin vəzifəsi ilə də bağlı keçmiş zamanda danışmaq qismət olacaq".
.dia-az.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.