Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi,...

18-05-2024, 10:54           
Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi,...
Gözləlinən və öncədən dediyimiz kimi, hökumətin taksi xidməti sahəsinə “səlib yürüşü” nəticəsində taksi qiymətləri artdı, iyunun 1-dən sonra isə daha da artacaq, ən ucuz gediş haqqının 4,5 manat olması gözlənilir. Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi, çünki, keyfiyyət artmayıb, arta da bilməzdi, eyni avtomobillər, amma daha az sayda taksi xidməti göstərirlər. İqtisadiyyatın “qızıl qanunu” işə düşür – təklif azalır, tələb yerində qalır, nəticədə qiymətlər yüksəlir.
Bu addımın məntiqi izahı nədir axı, deyim ki, hökumət, və ya məmurlar bundan əlavə pul qazanırlar – tam da elə deyil, bu sahə hələ də ən az inhisarlaşan sahədir, yaxşı bəs bu israr nədən qaynaqlanır?! GOP-29 tədbirindənmi?! Düşünülməmiş qərarvermə mexanizmlərinin sistemdə əsas davranış qaydası olmasındanmı?!
Suallar çox, cavab verən yox, əziyyəti isə bax belə, videoda olduğu kimi sadə vətəndaşlar çəkir – adam az qala sidik kisəsində daş olmadığı haqqında belə arayış təqdim edir ki, taksi sürə bilsin, belə aşırı tənzimləmə (over-regulation), Avropada iqtisadiyyatı çökdürmək üzrədir, indi eyni yanaşmanı Azərbaycana da tədbiq edirlər, yəni heç dəsr çıxarmırlar...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.