Budaqların "gizlətdiyi" işıqforlar - Sürücülər NARAZIDIRLAR

10-06-2024, 11:45           
Budaqların "gizlətdiyi" işıqforlar - Sürücülər NARAZIDIRLAR
Ağacların yarpaqlamağı təbiət üçün faydalı olsa da, bəzi ərazilərdə sürücülər üçün təhlükə saçır.

Xezerxeber.az-ın məlumatına görə, paytaxt küçələrində ağac budaqlarının arasında gizlənən yol nişanlarına rast gəlinir. Bu nişanları rahatlıqla görmək mümkün deyil. Xüsusilə də işıqforları. Bu isə sürücülərə müəyyən çətinliklər yaradır.

Yolda hərəkət edən zaman işıqforu görməyən sürücülər hərəkətə davam edərək yolayrıcına girdiklərini və bununla da həm özlərini, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atdıqlarını vurğulayırlar.

Məsələ ilə əlaqədar Bakı Şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, yol nişanlarının qarşısını örtən ağaclarla bağlı, balansdaşıyıcı tərəfindən birliyə müraciət olunmalıdır.

Həmin müraciət əsasında budanma işləri həyata keçirilir.

Lakin onu da nəzərə almaq lazımdır ki, ağac budaqlarının artması daimi proses olduğundan qurum tərəfindən də mütəmadi monitorinqlər keçirilir.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru