"Qohumlara məhdudiyyətlər var, amma qudalara yoxdur" -

10-06-2024, 17:24           
"Qohumlara məhdudiyyətlər var, amma qudalara yoxdur" -
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudalarını Agentlikdə vəziyə təyin etməsi müzakirə yaradıb. Bu, qanunazidd hal kimi qiymətləndirilir.

Hüquqşünas Əkrəm Həsənov isə Pravda.az-a açıqlamasında deyib ki, Zaur Mikayılovun addımı birbaşa qanun pozuntusu deyil.

“Ümumən dövlət qulluqçularının etik davranış qaydaları var. Zaur Mikayılovun qudalarını öz çalışdığı qurumda vəzifəyə təyin etməsi qeyri-etik addım kimi qiymətləndirilə bilər. Digər ölkələrdə bu kimi hallar sədrin tabe olduğu qurumlarla razılaşdırılmalıdır. Orada qohumların siyahısı olur. Quda bizim ölkədə elə də yaxın qohum deyil. Qohumlara bəzi məhdudiyyətlər var, amma qudaya yoxdur. Quda ailə üzvü sayılmır. İstənilən halda, yaxşı vəziyyət deyil. Başqa yerdə iş yoxdur ki?”, - Ə.Həsənov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru