"Rəqəmsal Tələbə Kartı"na start verilir

16-08-2024, 10:23           
"Rəqəmsal Tələbə Kartı"na start verilir
Azərbaycan Texniki Universiteti daha bir rəqəmsal layihəyə başlayıb.
Qurum İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Elm və Təhsil Nazirliyi ilə birgə yeni tədris ilindən “Rəqəmsal Tələbə Kartı”nı tətbiq edəcək.
"Rəqəmsal Tələbə Kartı" ETN-nin tələbə datası əsasında İRİA-nın MyGov platforması üzərindən QR kod vasitəsilə məlumatların bölüşməsini və ya pdf sənəd formatında paylaşılmasını nəzərdə tutur. Paylaşılan məlumatların doğruluğu isə “MyGov Checker” mobil tətbiqi vasitəsi ilə yoxlanılır.
Layihə İRİA, ETN və AZTU ilə birgə "MyGov" portalı üzərindən reallaşdırılacaq. Tələbələr fiziki formada tələbə bileti olmadan özlərini identifikasiya edərək zəruri məlumatlarını “MyGov” üzərindən rəqəmsal formada təqdim edə biləcəklər. Gələcəkdə universitetə daxil olmaq, universitetdə imtahanlara giriş zamanı kimi bir çox hallar üçün “Rəqəmsal Tələbə Kartı”ndan isitifadə nəzərdə tutulub.
Bununla bağlı AzTU rəhbərliyi xüsusi tapşırıq verib.
Hazırda MyGov platformasının AzTU tələbələrinin smartfonlarına yüklənməsi, bu istiqamətdə onlara metodiki-informasiya dəstəyinin göstərilməsi üzərində işlər aparılır.
Tələbələr SİMA rəqəmsal imzasından və ya identifikasiya nömrəsindən istifadə edərək asanlıqla MyGov qeydiyyatını reallaşdıra bilirlər.
Qeydiyyatdan keçdikdən sonra tələbə ilə bağlı bütün məlumatlar "Rəqəmsal Tələbə Kartı"ında öz əksini tapır.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.