Əhali kafe-restoranlara 1 milyard 200 milyon manatdan çox pul xərcləyib

18-08-2024, 11:14           
Əhali kafe-restoranlara 1 milyard 200 milyon manatdan çox pul xərcləyib
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8,2% artaraq 1 milyard 244,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, dövriyyənin 11 335,2 milyon manatı dövlət, 1 milyard 233,265 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9% və 8,2% çoxdur.

Özəl sektorda isə dövriyyənin 51,1%-i hüquqi şəxslərin, 48,9%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 9,6% artaraq 630,5 milyon manata çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru