Əhaliyə 7 milyard manata yaxın ödənişli xidmətlər göstərilib

18-08-2024, 11:54           
Əhaliyə 7 milyard manata yaxın ödənişli xidmətlər göstərilib
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,4% artaraq 6 milyard 882,7 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bunun 5 milyard 165,7 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,1%-ni təşkil edib.

Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 1 milyard 469,7 milyon manatı dövlət, 5 milyard 413 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,7% və 7% çoxdur.

7 ayda hər bir ölkə sakini orta hesabla 675,3 manatlıq və yaxud 1 il əvvələ nisbətən 59,8 manat çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru