Rayon bazarlarında bahalaşan və ucuzlaşan MƏHSULLAR

19-08-2024, 09:09           
Rayon bazarlarında bahalaşan və ucuzlaşan MƏHSULLAR
Azərbaycanın qərb bölgəsində, xüsusən Tovuz və Qazax bazarlarında tərəvəzlərin qiyməti artıb.

Xezerxeber.az-ın məlumatına görə, alıcılar qiymətlərin ani şəkildə qalxdığını bildirirlər. Satıcıların bəziləri isə qiymətlərin məhsulun yetişdirildiyi əraziyə görə dəyişdiyini qeyd edirlər.

Eyni zamanda, aran rayonu Bərdədə meyvə-tərəvəz məhsullarının bolluğu müşahidə olunur və həm alıcılar, həm də satıcılar vəziyyətdən razıdırlar. Bərdədə pomidorun qiyməti də xeyli ucuzlaşıb.

Cənub rayonlarında da oxşar vəziyyət müşahidə olunur. Lənkəran və Astarada mövsümi meyvə-tərəvəzlərin qiyməti ucuzlaşıb. Satıcılar avqust ayının sonuna doğru qiymətlərdə bir qədər də ucuzlaşma olacağını proqnozlaşdırırlar.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru