Universitetlərdə yoxlama aparılmalıdır - Professor

19-08-2024, 11:44           
Universitetlərdə yoxlama aparılmalıdır - Professor
"Bu gün təhsilimizdə böyük dəyişikliklər baş verir. Bu dəyişiklikləri planlaşdıran, nəticələri proqnozlaşdıran strateqlər olduqca məsuliyyətli yükün altına giriblər. Təhsilin bütün pillə və səviyyələrində, əlaqəli sahələrdə infrastruktur və məzmun yenilənir, yeni nəsil insan resursları bazası formalaşdırılır".

Bakupost.az xəbər verir ki, bunu filologiya elmləri doktoru, professor Telman Cəfərov bildirib.
Onun sözlərinə görə, yenilənən təhsil qanunvericilik aktları, onların icrası ilə real tədris situasiyası, strukturlaşma, təlim-tərbiyə prosesləri arasında bağlılıq, eksperimentlərin, layihələrin və yeni relslər üzərinə transformasiyaların faydalılığı hələ ki, təhlil, sistemli ictimai müzakirə və qiymətləndirmə obyekti və predmeti olmayıb:
"Artıq kifayət qədər yol qət edilib. Eyni zamanda son günlər orta və ali təhsil sistemlərində yeni hədəflər, ciddi yeniliklər barədə yeni mesajlar səsləndirilir. Bütün təhsil pillə və səviyyələrində vəziyyətə bələd olan və təcrübəyə malik adam kimi o qənaətdəyik ki, növbəti mərhələdə aparılacaq islahatların səmərəli olması üçün hansısa formada mövcud vəziyyətin Milli qiymətləndirilməsi və ya monitorinqi gündəmə gəlib. Bu sırada xüsusilə Azərbaycan universitetlərində aparılan struktur və məzmun dəyişikliklərinin, təklif olunan tədris proqramlarının zamanın, real və perspektiv əmək bazarının tələblərinə uyğunluğunu araşdırmaq faydalı olardı".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru