Lənkəranda Gömrük postunun rəsinin gizli sərgüzəştləri
20-08-2024, 00:09
Azərbaycanda dələdzuluq işi ilə məşğul olan bəzi şəxslərə dövlət vəzifəsində işləyən məmurların himayə etməsi barədə müxtəlif məlumatlar mövcuddur. AzFakt.com-a daxil olan məlumata görə belə məmurlardan biri də Lənkəran Gömrük Postunun rəisi Firdovsi Əbilovdur. Belə ki, gömrük işçisinin vəzifəsindən istifadə edərək Sadıqova Lyudmila Adil qızı adlı bir dələduz xanımı himayə etdiyi iddia edilir. Qeyd edək ki, adı dələduzluqda hallanan Lyudmila Sadıqova son işlədiyi yerdə sahibkarın 50 min manata yaxın vəsaitini mənimsəyərək qaçıb. Bildirilir ki, Lyudmila Sadıqova əməlləri barədə hüquq mühafizə orqanlarına şikayətlər edilməsinə baxmayaraq, hansısa gizli əl onu törətdiyi cinayət əməlinin cəzasından yayınmağa köməklik edir. Məlumata görə Lyudmila Sadıqovanı himayə edən məhz Lənkəran Gömrük Postunun rəisi Firdovsi Əbilovdur. Deyilənə görə Lyudmila Sadıqova hazırda Lənkəran rayonunda yaşayır. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.