Bakıda söküntüsü aparılan bu binaların yerində park tikiləcək - Rəsmi açıqlama

21-08-2024, 00:12           
Bakıda söküntüsü aparılan bu binaların yerində park tikiləcək - Rəsmi açıqlama
Xətai Rayon İcra Hakimiyyəti (RİH) rayon ərazisində yerləşən bəzi yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü ilə bağlı məlumatlara münasibət bildirib.

RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, söküntü işləri istismar müddətini başa vurmuş və şəhərin estetik görünüşünə xəlil gətirən binaları əhatə edir.

Onun sözlərinə görə, həmin tikililərin bir qisminin söküntüsü artıq yekunlaşıb və ərazidə hamarlanma işləri aparılır: "Sakinlərdən müəyyən məbləğ qarşılığında satın alınaraq tikililərin söküntüsünün davam etdirilməsi və digər daşınma işləri üçün tender elan olunub. Yəni sakinlər müqaviləyə uyğun olaraq köçürüldükdən sonra boşaldılmış tikililərin söküntüsünə başlanılır ki, ərazidə dərhal abadlıq işləri aparılsın"

P.İmanov əlavə edib ki, söküntü gedən ərazi "Sevirəm" parkına bitişikdir və yeni layihə ilə söküntünün aparıldığı ərazi hesabına park genişləndiriləcək.

Xatırladaq ki, 2016-cı ildə salınan "Sevirəm” park kompleksinin ümumi ərazisi 3,2 hektardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru