Avropa Komissiyası Ukraynadan rüsumsuz bal idxalını dayandırıb

21-08-2024, 12:08           
Avropa Komissiyası Ukraynadan rüsumsuz bal idxalını dayandırıb
Avropa Komissiyası (AK) kvotaları aşdığı üçün Ukraynadan Avropa İttifaqına (Aİ) balın rüsumsuz idxalını dayandırıb.

Bu barədə qurumun açıqlamasında deyilir.

Avropa Komissiyası vurğulayıb ki, 2024-cü il yanvarın 1-dən bal idxalının həcmi 6 iyun 2024-cü ildə qəbul edilmiş modifikasiya olunmuş Aİ-nin "muxtar ticarət tədbirləri"ndə (ATM) nəzərdə tutulmuş 44 417,56 ton kvotanı keçib.

AK-nin verdiyi məlumata görə, kvota keçilən kimi ticarət avtomatik olaraq dayanıb və bunun nəticəsində 21 avqust 2024-cü il tarixindən 5 iyun 2025-ci il tarixədək Ukrayna balının Aİ-yə idxalı müəyyən edilmiş müddət ərzində həyata keçiriləcək.

Ukraynadan Aİ-yə kənd təsərrüfatı məhsullarının rüsumsuz idxalı rejimi 2022-ci ilin yazında tətbiq edilib, 2023-cü ildə uzadılıb və sonra yenidən böyük səs-küylə Avropa Komissiyası tərəfindən 5 iyun 2024-cü ildə bir il müddətinə uzadılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru