İsgəndər Xəlilovun şirkəti məhkəmə qarşısında

22-08-2024, 07:08           
İsgəndər Xəlilovun şirkəti məhkəmə qarşısında
“İSR” Şirkətlər Qrupununa daxil olan “İSR-Mühafizə” MMC barəsində vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (Məcburi auditdən yayınma) inzibati xəta protokolu tərtib olunub.
Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
İş Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin icraatındadır.
Qeyd edək ki, “İSR-Mühafizə” MMC-nin qanuni təmsilçisi Camal Ağamirzəyev Hüseynağa oğludur. “İSR” Şirkətlər Qrupunun rəhbəri isə İsgəndər Xəlilovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru