335 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır - 20 manatdan
4-10-2024, 00:11
Pullar valideyn komitələrinin vatçap qrupları vasitəsilə yığılır
Hər il olduğu kimi kimi 5 oktyabr Müəllimlər günü ilə əlaqədar bəzi məktəblərdə pul yığılması artıq adi hala çevrilib.
Elm və Təhsil nazirliyi orta məktəblərdə 5 oktyabr - Beynəlxalq Müəllimlər günü ərəfəsində pul yığılmasını qadağan etməsinə baxmayaraq, bir çox təhsil ocaqlarının rəhbəri pul yığılmasını valideyn komitələrinin əli həyata keçirir.
AzFakt.com-a daxil olan məlumata görə 5 oktyabr - Beynəlxalq Müəllimlər günü ilə bağlı Bakı şəhəri Binəqədi 335 nömrəli məktəbdə şagirdlərdən 20 manat pul yığılır.
Bildirilir ki, pullar valideyn komitələrinin vatçap qrupları vasitəsilə yığılır. Bildirək ki, Aynurə Nəzərli 335 saylı orta məktəbə yeni direktor təyin edilib.