"Okean keçən" yağ yerli yağdan baha satılır... - FAKT BUDUR!

8-10-2024, 00:11           
"Okean keçən" yağ yerli yağdan baha satılır... - FAKT BUDUR!
Marketlərdə belarus süd məhsulunun qiyməti "Azərsüd"dən ucuz və ya yaxın qiymətlərə satılır. Bu barədə sosial şəbəkədə istifadəçilər bildirib. Alıcılar mağazalarda belarus südünün qiymətinin 3-4 manat arasında dəyişdiyini qeyd etsələr də, fərqli qiymətlər yazanlar da var. Yunus Oğuz bu haqda status paylaşaraq, qiymətlərdəki fərqi "zamanın ironiyası" adlandırıb: "Zamanın ironiyasına baxın, marketlərdə belarus südü "Azərsüd"dən ucuzdur".
Azad İstehlakçılar Birliyinin sədri, qida məhsulları mütəxəssisi Eyyub Hüseynov bu barədə Bizimyol.info xəbər portalına bildirib ki, süd məhsullarının qiyməti onların maya dəyərinin adıçəkilən ölkələrdə aşağı olmasından qaynaqlanır.

"Bu, maya dəyərinin aşağı başa gəlməsindən qaynaqlanır. Ola bilsin, həmin ölkədə heyvandarlıq təsərrüfatları çox inkişaf edib. Məsələn, Yeni Zellandiyadan Azərbaycana yağ gətirdilər. Çox uzaq bir məsafədən - Yeni Zellandiyada yığıncaqda olanda Azərbaycana yağ göndərən zavodda oldum və həmin zavoda süd verən fermer təsərrüfatını müşahidə etdim. Məlum oldu ki, orada heyvanlar daim otlaqlarda qidalanırlar. Həmin otlaqlar da süni otlaqlar deyil. Yəni yonca əkinləri deyil və təbii otlaqlardır. Heyvanlara baytarlıq dərmanlarının verilməsi, qış şəraiti, yonca əkmək və sair kimi məsələlər yoxdur. Yəni südün maya dəyəri aşağı qiymətə başa gəlir. Onların qiymət siyasətini izlədim və baxdım ki, bu məhsul Azərbaycana normal qiymətə gəlib çıxır. Əslində, məsafə çox uzaqdır. Məhsullar okeandan keçir. Xülasələşdirsək, bu vəziyyət maya dəyərinin aşağı olmasından qaynaqlana bilər" - deyə, mütəxəssis qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.