Aztelekom-da yenidən rəhbər dəyişikliyi olduğu bildirilir

11-10-2024, 15:13           
Aztelekom-da yenidən rəhbər dəyişikliyi olduğu bildirilir
Yeni hüquqi statusda olan Antiinhisar-ın təbii inhisar subyekti olan Aztelekom-la "vuruşmağa" hazırlaşdığı bir zamanda məlumat daxil oldu ki, Aztelekom-da yenidən rəhbər dəyişikliyi olub.
Bu, son 3-4 ildə, səhv eləmirəmsə Aztelekom rəhbərliyində 5-ci dəyişiklikdir.
Xatırladıram ki, hazırda internet qiymətləri ilə bağlı vətəndaşların seçim hüququnu məhdudlaşdırdığına və "kartel sövdələşməsi"nə görə Antiinhisar Aztelekom-la bağlı araşdırma aparır. 2 aydır ki araşdırma başa çatdırılmayıb.
İki təbii inhisarçının, Aztelekom və Baktelekom-un birləşərək ölkə üzrə yalnız bir inhisarçının- vahid bir Aztelekom operatorunun yaradılmasına Antiinhisar etiraz etdiyənə görə indiyədək də Antiinhisar və Aztelekom arasında məhkəmə çəkişməsi davam edir.
Yeri gəlmişkən, Antiinhisarın bu addımını biz məqbul hesab etməmişik.
Dövlətə məxsus operatorlarda baş verənlər, sektordakı təbii inhisarçının qiymət siyasətinin effektiv olmaması, rəqəmsal sektorda istehlakçıların hüquqlarının qorunması sahəsindəki problemlər həm də yeni formalaşmış İKTA -nın sektora tənzimləyici təsir mexanizmlərinin zəif olması ilə bağlıdır.
Bir tərəfdən RİNN "Onlayn Azərbaycan" layihəsi çərçivəsində dövlət və özəl tərəfdaşlıq çərçivəsində qısa zamanda ölkə üzrə nəhəng bir internet şəbəkəsi formalaşdırdı.
On illər ərzində görülməyən iş reallaşdırıldı, ölkənin hər bir sahəsində keyfiyyətli internetə əlçatanlıq yaradıldı . Etiraf etmək lazırdır ki, bu, sözün həqiqi mənasında nəhəng bir işdir.
Amma digər tərəfdən yeni formalaşan bu internet şəbəkəsi həm də əsasən dövlətə məxsusdur axı.
Aztelekom üzərindən olan bu şəbəkə dövlətə məxsusdur və qurum da qanuna görə təbii inhisar subyektidir.
Bu baxımdan qurumun dərhal minimal internet tariflərini qaldıraraq vətəndaşlara seçim imkanı verməməsi, əlçatanlığın qiymət siyasəti ilə məhdudlaşdırılması yolverilməzdir.
Yeri gəlmişkən, Aztelekom-da rəhbər dəyişikliyi haqqında rəsmi açıqlama olmayıb.
Ümid edirəm Aztelekom və Antiinhisar razılığa gələcək, uzun-uzadı məhkəmə çəkişmələri olmayacaq və internet tarifləri ilə bağlı vətəndaşlara sərbəst seçim imkanları yaradılacaq.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.