İşçilərin - əmək hüquqlarının bərpa edilməsi sahəsində bu maddə düzgün və ya qanuni olaraq tətbiq olunurmu?
11-10-2024, 10:24
İşçilərin - əmək hüquqlarının bərpa edilməsi sahəsində bu maddə praktikada necə, daha doğrusu məhkəmə qərarlarında düzgün və ya qanuni olaraq tətbiq olunurmu?
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü maddəsinə əsasən: "Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər".
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən: Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Ümumi iddia müddəti on il təşkil edir.
Hesab edirəm ki, hər iki bu normativ hüquqi aktlar arasında bir birindən kəskin fərqlənən aşağıdakı cəhətlər var, eyni zamanda Əmək Məcəlləsinin bu maddəsi məhkəmələr tərəfindən düzgün və qanuni olaraq tədbiq olunmur. Belə ki:
1.Azərbaycan Respublikası Əmək Məcəlləsi-
əmək münasibətlərini, Azərbaycan Respublikasının Mülki Məcəlləsi isə - mülki münasibətləri tənzim etsədə hər 2 halda bu müddət müqavilə öhdəliklərindən irəli gələn iddia müddətini tənzim edir. Bu halda hansı əsaslarla Əmək Məcəlləsində bu müddət 1 il, Mülki Məcəlləfə isə 3 ildir ???
2. Məhkəmələr tərəfindən də işçilərin pul tələblərinə dair iddialarına baxılarkən, iddia ərizəsi təmin olunarkən, məhkəmə qərarları ilə iddia ərizəsi verilən gündən arxa tarixə 1 il müddət üçün pul ödənilir. Bir çox hallarda isə bu müddət 1 ildən də az 1-12 ay üçün təmin olunur.
3. Bu maddəyə diqqətlə baxsaq, asanlıqla görmək olar ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü maddəsişi: "Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində MƏHKƏMƏYƏ MÜRACİƏT etmək hüququnu" TƏNZİMLƏYİR Yəni, İşçi hüququnun pozulduğunu bildiyi andsn etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu maddə 1 İL ƏRZİNDƏ Məhkəməyə MÜRACİƏT Etmək HÜQUQUNU nəzərdə tutur, 1 İL ÜÇÜN ÖDƏMƏNİ DEYİL.
4. Qeyd olunan bu maddə işçiyə - müraciət etdiyi vaxtdan, iddiası təmin olunduğu halda 1-12 AY ÜÇÜN pulun ÖDƏNİLMƏSİNİ DEYİL, HÜQUQUNUN POZULDUĞUNU aşkar etdiyi gündən etibarən - 1 il ərzində məhkəməyə müraciət etmək hüququnu tənzimləyir. Belə ki, qeyd olunan bu maddədə işçiyə, iddia tələbi ilə əlaqədar 1 il üçün pulun ödənilməsi barədə hər hansı bir məhdudiyyət qoyulmur..
5. işçilərin pil tələbi ilə əlaqədar iddiaları isə hesab edirəm ki, məhkəməyə müraciət etdikləri gündın ən azı 3-10 il müddətinə ödənilməlidir. Əks halda məhkəmələrin bu barədə, bu qaydada qəbul etdikləri qərarlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin və işçilərin əmək hüquqlarının pozulması ilə nəticələnəcəkdir.
Azer Quliyev
TEREF