Təkər üzərində səyyar “Şadlıq Ev”ləri –Sürətlə populyarlaşır /FOTO
12-10-2024, 10:24
Çində təkərlər üzərində qurulan səyyar toy və banket zalları sürətlə populyarlaşır.
Azpost.info bildirir ki, bu barədə Oddity Central yazır.
KİV-in məlumatına görə, Çinin kənd yerlərində bir neçə dəqiqə ərzində geniş ziyafət salonlarına çevrilə bilən yük maşınlarının populyarlığı sürətlə artır. Bu unikal nəqliyyat vasitələri ilk dəfə Daxili Monqolustanda meydana çıxıb və tez bir zamanda qonşu bölgələrdə populyarlıq qazanıb.
Təkərələr üzərində olan belə səyyat zallarda 200 nəfərə qədər qonaq yerləşə bilər. Bu təkər üstə olan zallar müxtəlif tədbirlər üçün – toylardan tutmuş yerli festivallara qədər idealdır. Zalların interyeri restoranı xatırladır və kondisioner, böyük proyeksiya ekranları və karaoke üçün audio sistemlərdən ibarətdir.
Bununla belə, orada mətbəxin olmadığını qeyd etmək lazımdır.
Bu yük maşınlarından birinin sahibi Liu izah etdiyi kimi, o
təkərli şadlıq evin
i iki günlük 1500 dollara icarəyə verir. Yüksək gəlirə baxmayaraq, o, mikroavtobusun 100.000 dollar xərc qoyduğu səyyar zalın dəyərini tam ödəməsi üçün çox vaxt qaldığını bildirib.