Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA

13-10-2024, 09:18           
Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
Qala stansiyasından 133 kilometr şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 11-də yerli vaxtla saat 23:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.8-ə bərabər olub.

Zəlzələnin ocağı 68 kilometr dərinlikdə yerləşib.

Eyni zamanda, Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Mühafizə Xidmətinin seysmoloji şəbəkəsi 3 bal gücündə zəlzələ qeydə alıb.
Zəlzələ oktyabrın 11-də yerli vaxtla saat 20:44-də Artaşat şəhərindən 8 km şimal-qərbdə qeydə alınıb.

Episentral zonada zəlzələnin gücü 3 bal olub. Artaşat şəhəri, Dvin və Narek kəndlərinə 2-3 bal gücündə zəlzələ hiss olunub.

Məsələ ilə bağlı seysmoloq Ənvər Əliyev "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, hər il Böyük və Kiçik Qafqazda minlərlə təkan qeydə alınır:

"Bu, kiçik titrəyişlərdir və narahatlıq üçün heç bir səbəb yoxdur. Bu ərazilərdə xırda titrəyişlərin olması tamamilə normaldır. Azərbaycanda isə güclü zəlzələ olacağını demək olmaz, hər dəfə belə xəbərlərin yayılması insanlarda gərəksiz təşvişə səbəb olur".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.