TƏBİB-in daha 5 tenderi ləğv olundu - Nə baş verir?

Bu gün, 12:26           
TƏBİB-in daha 5 tenderi ləğv olundu - Nə baş verir?
Anti-İnhisar və İstehalk Bazarına Nəzarət Xidməti ilə TƏBİB arasında “tender müharibəsi” davam edir. Tribunainfo.az xəbər verir ki, ötən həftənin son iş günü TƏBİB-in daha 5 tenderi ləğv edilib.
Belə ki, həmin tenderlərdən biri Milli Onkologiya Mərkəzinə aid olub. 36.689 manatlıq təsərrüfat malları almaq istəyən mərkəzə icazə verilməyib. Səbəb qanunun bəzi tələblərini pozması olub.
Digər tender isə “Səhiyyənin Təminat Mərkəzi” tərəfindən reallaşdırılmaq üzrəymiş. 511.634,06 manatlıq laboratoriya müayinələrində istifadə olunan prekursor və kimyəvi maddələrin satın alınması üçün keçirilən tender isə “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maadəsinə əsasən ləğv edilib.
Bundan başqa, Akademik Mirqasımov adına Respublika Xəstəxanasının da katirovka sorğusu ləğv edilib. Tribunainfo.az xəbər verir ki, yanğın təhlükəsizliyi sistemlərinin yoxlanılması, yanğınsöndürən balonların texniki servis xidmətinin satınalınması üçün 11.057,60 manat pul ayrılsa da, müsabiqə məqbul hesab edilməyib.
Analoji aqibət Cəlilabad rayon Mərkəzi Xəstəxanasının da başına gəlib. 65.703,58 manat dəyərində olan tenderin ləğv edilməsinin səbəbi isə gülməli bir hadisə ilə əlaəlidir. Belə ki, TƏBİB Cəlilabad Mərkəzi Xəstəxanası üçün müxtəlif növ avadanlıqların təmiri xidmətini satın almaq istədiyi halda, sorğuda Beyləqam Mərkəzi Xəstəxanasının adını qeyd edib. AİİBNX isə bunu terxniki səhv kimi qəbul etməyərək, nəticələrin ləğvinə qərar verib.
Xatırladaq ki, son bir ayda TƏBİB-in yüzə yaxın tenderi qanun pozuntuları səbəbindən ləğv edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.