“Bank Respublika” çökür – iclas çağırıldı

14-10-2024, 10:50           
“Bank Respublika” çökür – iclas çağırıldı
Azərbaycanda fəaliyyət göstərən banklar 9 ayqlı fəaliyyətləri ilə bağlı hesabat yayıblar. Tribunainfo.az xəbər verir ki, 9 aylıq maliyyə vəziyyətinin təhlilki onu göstərir ki, əksər banklar ilin ¾-nü zərərlə başa vurublar.
Acınacaqlı durumda olan bankların isə başında “Bank Respublika” gəlir. Belə ki, bu bank 9 ay ərzində müştərilərinin etimadını ciddi şəkildə itirib. Hesabata əsasən əmanətçilər və şirkətlər “Bank Respublika”dan 101.3 milyon manat pullarını geri çəkiblər.
Bunun ardından “Bank Respublika” açıqlama yayıb ki, 15 noyabr 2024-cü il saat 12:00-da səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın Baş ofisində baş tutacaq toplantıda iclasın sədrinin və katibinin, iclasın gündəliyinin təsdiq edilməsi və ASC-nin törəmə təsərrüfat cəmiyyətinin gələcək fəaliyyəti ilə bağlı qərarın verilməsi müzakirə olunacaq.
Xatırladaq ki, “Bank Respublika”nın “düz yola” çıxaran Asəf Namazov tutduğu vəzifəsindən istefa verdikdən sonra onu Tariyel İsmayılov əvəzləyib. Daha öncə “AccessBank” QSC-də İdarə Heyətinin Sədrinin müavini vəzifəsində çalışmış Tariyel İsmayılovun gəlişindən sonra bankın durumu pisləşməyə başlayıb.
15 oktyabrda keçiriləcək iclasda Tariyel İsmayılovla bağlı qərar verilə bilər. Onun postunda qalıb, qalmaması məsələsinin müzakirə ediləcəyi güman olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.