Bakıda çatdırılma xidməti göstərən motosikletlərə qarşı əməliyyat - Polis onları niyə toplayır? + VİDEO

15-10-2024, 08:58           
Bakıda çatdırılma xidməti göstərən motosikletlərə qarşı əməliyyat -
Motosiklet sahibləri iddia edib ki, nəqliyytat vasitələrinin toplanmasına səbəb kimi isə COP 29 göstərilib.

Həmçinin qeyd edilib ki, digər səbəb yaxın günlərdə baş verən motosiklet qəzaları nəticəsində 2 nəfərin ölməsidir.

Sözügedən videoda həm Post Patrul Xidməti əməkdaşları, həm də yol polisinin olduğu görünür.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli videogörüntü ilə əlaqədar Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin nəqliyyat vasitələrini idarə edən şəxslərin idarəetmə hüququ olmadığı üçün evakasiya edilib:

"Bir daha nəqliyyat vasitəsi sürücülərindən tələb edirik ki, idarəetmə hüququ olmadan sükan arxasına əyləşməsinlər. Əks halda barələrində qanunamüvafiq tədbirlər görüləcək".

BDYPİ rəsmisinin sözlərinə görə, toplanan motosikletlərin əksəriyyəti çatdırılma xidməti göstərən şəxslərə aiddir.

SAVASHMEDİA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru