Kosmosa yük daşıyan raketlər müntəzəm reyslərdə işləyən təyyarələr səviyyəsinə çatıb

15-10-2024, 15:54           
Kosmosa yük daşıyan raketlər müntəzəm reyslərdə işləyən təyyarələr səviyyəsinə çatıb
İlon Mask daha bir inanılmaz olanı reallaşdırıb.
Starship gəmisini kosmosa qaldıran Super Heavy Flight raketi tarixdə ilk dəfə olaraq geriyə, qabaqcadan müəyyən olunan yerə, öz start nöqtəsinə qayıdıb.
Yəni 70 km hündürlükdə olan nəhəng bir raket, idarə olunan vəziyyətdə öz ilkin çıxış nöqtəsinə, SpaseX şirkətinin start platformasına qayıdıb.
Bunun anlaşıqlı mənası ondan ibarətdir ki, start nöqtəsinə qayıdan həmin raket dərhal yanacaq dolduraraq , cəmi bir neçə saata kosmosa növbəti yükü qaldırmağa hazırdır.
Beləliklə də kosmosa hansısa yükü qaldıran raket artıq, hansısa marşrutda, reysdə işləyən təyyarə, yaxud avtobus funksionallığına gəlib çatıb.
Reysdən qayıdırsan, zapravka edirsən və dərhal yenidən bəlli istiqamət üzrə hərəkətə başlayırsan
Hələlik bu proses test mərhələsindədir.
ABŞ -ın müvafiq qurumlarının icazəsindən sonra kosmosa müntəzəm reyslər hazır olacaq.

Osman Gunduz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru